Azərbaycanda yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib
2026-cı ilin yanvarında Azərbaycanda 48 681 "ASAN İmza" elektron imza sertifikatı verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Hesabat dövründə "ASAN İmza"lar 30 823 müraciət üzrə təqdim olunub.
"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları.
Sertifikatlar 3 il etibarlıdır.
Aytac
Son xəbərlər
Daha çox