Azərbaycanda pambıq mahlıcı istehsalı 13 %-dən çox artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 30 min 654 ton pambıq mahlıcı istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Bu il martın 1-nə ölkədə 43 min 535 ton hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 97 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 33 % çoxdur.