• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gömrük nümayəndələrinin reyestri yaradılacaq

Azərbaycanda gömrük nümayəndələrinin reyestri yaradılacaq
29.04.2026 07:58

Azərbaycanda gömrük nümayəndəliyi institutu islah olunacaq, “gömrük brokeri” anlayışı “dolayı gömrük nümayəndəsi” anlayışı ilə əvəzlənəcək və bu sahədə lisenziyalaşdırma ləğv ediləcək. Bununla bağlı uyğun dəyişikliklərin mayın 1-də Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur.

Layihəyə əsasən, dolayı gömrük nümayəndəsi kimi fəaliyyət göstərmək üçün artıq lisenziya tələb olunmayacaq, bunun əvəzinə həmin şəxslər xüsusi reyestrə daxil edilməlidir.

Reyestr gömrük orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək. Gözlənilir ki, bu addım xarici ticarət iştirakçıları üçün xidmətlərə çıxışı asanlaşdıracaq və bazarda rəqabəti gücləndirəcək.

Dolayı gömrük nümayəndəliyi hüquqi şəxslər tərəfindən həyata keçiriləcək. Gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı onlar malları gömrük sərhədindən keçirən şəxsin bütün öhdəliklərini yerinə yetirəcək və müvafiq məsuliyyət daşıyacaqlar. Gömrük bəyannamələri və digər sənədlər bəyannaməçi qismində çıxış edən hüquqi şəxs tərəfindən elektron formada təqdim olunacaq.

Dəyişikliklər birbaşa gömrük nümayəndəliyi institutunun da tətbiqini nəzərdə tutur. Bu fəaliyyət təmsil olunan şəxs tərəfindən verilmiş etibarnamə əsasında fiziki şəxslər tərəfindən həyata keçiriləcək. Layihə müəlliflərinin fikrincə, bu, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlavə imkanlar yaradacaq.

Bundan başqa, gömrük daşıyıcıları üçün tələblərin sadələşdirilməsi təklif olunur. Hazırda bu fəaliyyətlə yalnız lisenziya almış hüquqi şəxslər məşğul ola bilirlərsə, dəyişiklikdən sonra həm hüquqi şəxslər, həm də fiziki şəxs sahibkarlar gömrük daşıyıcısı ola biləcəklər. Bu sahədə də lisenziyalaşdırma ləğv ediləcək.

Səlahiyyətli orqan gömrük daşıyıcılarının siyahısını rəsmi internet səhifəsində aparacaq, dərc edəcək və mütəmadi yeniləyəcək. Gözlənilir ki, bu, bazarın şəffaflığını artıracaq və iştirakçıların elektron tarixçəsinin formalaşdırılmasına imkan verəcək.

Layihə həmçinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımının tutulmasını nəzərdə tutur.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol