• $
  • €
  • ₽
  • ₺
  • £

AMB yaşıl maliyyə islahatlarını genişləndirir

AMB yaşıl maliyyə islahatlarını genişləndirir
16.06.2026 12:18



Azərbaycan Mərkəzi Bankı dayanıqlı və yaşıl maliyyələşmənin inkişafı istiqamətində tədbirləri genişləndirir, tənzimləməni gücləndirir və maliyyə institutlarının fəaliyyətinə iqlim və ESG risklərinin inteqrasiyasını təşviq edir. Bunu AMB-nin İcraçı direktoru Şahin Mahmudzadə bildirib.

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda çıxış edən Mahmudzadə qeyd edib ki, Mərkəzi Bank 2023-cü ildə Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul edib.

Onun sözlərinə görə, sənəd dörd əsas istiqaməti əhatə edir: maliyyə institutlarının potensialının artırılması, normativ boşluqların aradan qaldırılması, ESG risklərinin risk idarəetmə sistemlərinə inteqrasiyası və bazar intizamının gücləndirilməsi.

Mahmudzadə bildirib ki, Azərbaycan maliyyə bazarını beynəlxalq standartlara uyğunlaşdırmaq və yaşıl investisiyaları cəlb etmək məqsədilə Milli Yaşıl Maliyyə Taksonomiyasını hazırlayıb.

O əlavə edib ki, Mərkəzi Bank ESG prinsiplərini və iqlim risklərinin idarə olunması üzrə tövsiyələri tətbiq edib, apreldə qəbul edilmiş dəyişikliklərlə isə prudensial və korporativ idarəetmə tələblərinə ESG elementləri daxil edilib.
 

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol