• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Tunisə neft ixracı 2,4 dəfə artıb

Azərbaycandan Tunisə neft ixracı 2,4 dəfə artıb
06.08.2026 22:14

Azərbaycanın Tunisə xam neft və neft məhsulları ixracı bu ilin ilk yarısında həcm baxımından 2,4 dəfə artıb.


Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikasına əsasən, yanvar-iyun aylarında Azərbaycandan Tunisə 307,2 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib. Bu ixracın dəyəri 187,7 milyon ABŞ dolları təşkil edib.


2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 119,8 milyon ABŞ dolları və ya 2,9 dəfə, fiziki həcmi isə 181,5 min ton və ya 2,4 dəfə artıb. Ötən ilin ilk altı ayında Tunisə 125,7 min ton neft və neft məhsulları ixrac edilmiş, bunun dəyəri 67,9 milyon ABŞ dolları olmuşdu.
Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 10,125 milyon ton xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri 6,231 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi neft ixracının dəyəri 178 milyon ABŞ dolları və ya 2,8%, fiziki həcmi isə 1,921 milyon ton və ya 15,9% azalıb.


Hesabat dövründə Azərbaycan neftinin əsas alıcısı İtaliya olub. Bu ölkəyə 5,915 milyon ton neft və neft məhsulları 3,495 milyard ABŞ dolları dəyərində ixrac edilib. Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dolları) qərarlaşıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol