• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlak bazarında qiymətlər artıb

Daşınmaz əmlak bazarında qiymətlər artıb
18.04.2015 11:28
2015-ci ilin I rübündə Bakının daşınmaz əmlak bazarında qiymətlər dollarla ifadədə 17,92 faiz azalıb, manatla ifadədə isə 9,87 faiz artıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, mənzil bazarında qiymətlər dollarda 16,38 faiz azalıb, manatda isə 11,94 faiz artıb: "Təkliflərin sayı 8,3 faiz azalıb. Ekspozisiya müddəti ötən illə müqayisədə 14,8 faiz artıb, bununla belə, əvvəlki aya nisbətən 5,3 faiz aşağı düşüb".

N.İbrahimov qeyd edib ki, martda mənzil bazarında aktivlik artıb: "Əhali vəsaitlərini daşınmaz əmlaka yatırmağa başlayıb. Məqsəd vəsaitləri gözlənilən inflyasiyadan qorumaqdır. Bakıda mənzilin qiyməti bundan sonra da artacaq, lakin ilin sonuna qiymətin azalmasını gözləmək olar".

Daşınmaz əmlakın kirayəsinə gəlincə, ekspert bildirib ki, sözügedən bazar az-çox sabit olaraq qalır: "Manatla ifadədə mənzil kirayəsi təqribən 5 faiz artıb, dollarda isə 21,53 faiz azalıb. Kommersiya obyektlərinin kirayə qiyməti manatda da 11,36 faiz artıb, dollarda isə 16,81 faiz enib".

N.İbarhimov əlavə edib ki, kirayə bazarında fəallıq çox aşağıdır: "Ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya obyektlərinin kirayə bazarında aktivlik 25 faiz, mənzil kirayəsi bazarında isə təqribən 4 faiz azalıb".

Baş direktorun sözlərinə görə, kommersiya obyektləri bazarında fəallıq da aşağı düşüb, qiymətlər isə manatda 13,56 faiz artıb, dollarda 15,17 faiz azalıb.

Bununla belə, torpaq bazarında vəziyyət tamamilə əksinədir. O, qeyd edib ki, ötən ilin sonu və cari ilin əvvəlində torpaq bazarında fəallıq olub, 2015-ci ilin I rübünün yekunu üzrə 1,8 faiz artıb (2014-cü ilin yanvar-mart aylarına nisbətən): Tezliklə bu bazar üçün mövsümi aylar (aprel-iyun) başlayır. Buna görə də gələcəkdə qiymətin və fəallığın artmasını gözləyəcəyik. Hazırda qiymətlər manatda 5,9 faiz artıb, dollarda isə 20,88 faiz azalıb".



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol