• $
  • £

Ələsgər Məmmədlinin həbs müddəti uzadılıb

Ələsgər Məmmədlinin həbs müddəti uzadılıb
03.07.2024 17:42
Xətai rayon məhkəməsi "Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı iyulun 3-də qərar qəbul edib.
 
Prokuror cinayət işi üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş həbs qətimkan tədbirinin uzadılmasını istəyib.
 
Vəkili Aqil Layıc təqdimata etiraz ehakim Məmmədlinin həbs müddətini daha 3 ay uzadılması barədə qərar qəbul edib.
 
Bu gün  III Respublika Platformasının üzvü Ruslan İzzətlinin də həbs müddətinin  uzadılması ilə bağlı təqdimata baxılacaq.
 
Ələsgər Məmmədli 2024-cü il martın 8-də saxlanılıb. O, saxlanıldığı gün "İstanbul Hospital”ın həkimləri Ələsgər Məmmədlinin müxtəlif orqanlarında şişlər aşkar ediblər. Ən böyük - 22 mm-lik şiş qalxanabənzər vəzidə tapılıb. Klinikada aşkar edilmiş şişlərin biopsiyası  tövsiyə edilib.
 
Məmmədli həbs edildiyi gün onun mənzilində axtarış aparılıb, polis 7300 avro tapıldığını bildirib. Məmmədli bu pulun ona məxsus olduğunu inkar edir. Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin dörd ay istintaq təcridxanasında saxlanılması barədə qərar verib. Martın 15-də Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Məmmədli xarici valyutanın qanunsuz yolla Azərbaycana gətirilməsində ittiham olunur.

Aytac Zeynalova





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zakir Həsənov Pakistana başsağlığı verib
Siyasət 12:30
Zakir Həsənov Pakistana başsağlığı verib
Ramiz Mehdiyevin cinayət işi məhkəmə baxışına təyin edilib
Siyasət 12:04
Ramiz Mehdiyevin cinayət işi məhkəmə baxışına təyin edilib
Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə
Siyasət 10:51
Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə
Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır
Siyasət 10:34
Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır
Azərbaycan XİN Belizi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:25
Azərbaycan XİN Belizi Milli Günü münasibətilə təbrik edib
Deputat - dövlət qurumları ilə mübahisələrdə vətəndaşın hüquqları daha yaxşı qorunmalıdır
Siyasət 10:18
Deputat - dövlət qurumları ilə mübahisələrdə vətəndaşın hüquqları daha yaxşı qorunmalıdır
Milli Məclisdə Azərbaycan dilinin xarici ölkələrdə vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 10:08
Milli Məclisdə Azərbaycan dilinin xarici ölkələrdə vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Ramiz Mehdiyevin məhkəməsi başlayır
Siyasət 09:49
Ramiz Mehdiyevin məhkəməsi başlayır
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 17:43
Azərbaycan XİN Pakistana başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol