Elçi getdikləri qızı vermədilər: 4 nəfər bıçaqlandı - Azərbaycanda

15:12 | 08.07.2014
Elçi getdikləri qızı vermədilər: 4 nəfər bıçaqlandı - Azərbaycanda

Elçi getdikləri qızı vermədilər: 4 nəfər bıçaqlandı - Azərbaycanda

Mingəçevirdə 4 nəfərin bıçaqlanmasının səbəbi açıqlandıÖtən gecə saat 22:30-da Mingəçevirdə əsgərlikdən yeni gələn gəncin evlənmək arzusu yarımçıq qalıb.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən bildirilib ki, 24 yaşlı Fərid Hasilov yenicə hərbi xidmətdən qayıdıb və qonşuluqda sevdiyi qıza elçi göndərib. Elçilik uğursuz olub və onlara qız verilməyib.Bu gecə isə Fərid Hasilov 23 yaşlı qardaşı Cavid Hasilova, dostu 25 yaşlı Elnur Əzimov və anası 47 yaşlı Amaliya Həsilova ilə birlikdə məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman sevdiyi qızın qohumları 1989-cu il təvəllüdlü Zaur Rəsulovla qarşılaşıblar. Sonradan danışıq mübahisəyə çevrilib.Nəticədə 3 nəfər Zaur Rəsulovla dalaşıb. Döyüldüyünü görən Zaur Rəsulov bıçağa əl atıb. O, hər 3 gənci və qardaşların anasını bıçaqlayıb.Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.Faktla bağlı araşdırma aparılır.****Mingəçevirdə bir neçə nəfər bıçaqlanıb.Mingəçevir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz sakini, 1989-cu il təvəllüdlü Zaur Rəsulov qısqanclıq zəminində həmyerliləri - 25 yaşlı Elnur Əzimova, 24 yaşlı Fərid Hasilova, onun qardaşı, 1991-ci il təvəllüdlü Cavid Hasilova və qardaşların anası, 47 yaşlı Amaliyaya bıçaq xəsarətləri yetirib.Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM