Elçibəyin oğlu FHN-də işə düzəlməsindən nə danışdı?

12:10 | 22.08.2014
Elçibəyin oğlu FHN-də işə düzəlməsindən nə danışdı?

Elçibəyin oğlu FHN-də işə düzəlməsindən nə danışdı?

“Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?” "Qafqazinfo" xəbər verir ki, bunu modern.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.Onu təbrik edəndə isə “Bunu hansı saytlar yazıb? Siz nə danışırsınız?” - deyə əsəbi cavab verib. “Yeni işinizə nə vaxt başlayacaqsınız” sualına isə “ümumiyyətlə, heç nə danışmaq istəmirəm. Sağ olun!” – deyərək telefonunu söndürüb.Qeyd edək ki, Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılıb.  Ərturqut  Əliyevin dayısı Mirmöhsün Mahmudov isə saytlara açıqlamasında xəbəri təsdiqləyərək əlavə edib ki, Ərturqut FHN-də kurs keçir və 3 aydan sonra işlə təmin olunacağı gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM