Əliyev Putinlə Vyana görüşündən danışdı

17:58 | 02.04.2019
Əliyev Putinlə Vyana görüşündən danışdı

Əliyev Putinlə Vyana görüşündən danışdı

Azərbaycan prezidenti İlham Əliyev ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. 

Bununla bağlı "RİA Novosti” agentliyi məlumat yayıb. 

Bildirilib ki, Putin və Əliyev Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.

Qeyd edilib ki, Əliyev Putinə Vyanada Ermənistan baş naziri Nikol Paşinyanla görüşü barədə danışıb. 

Putin Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirib və bəyan edib ki, Rusiya bu məsələdə tərəflərə kömək etməyə hazırdır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM