Elman Rüstəmov 10 milyard dolların itirilməsindən DANIŞDI

13:16 | 28.01.2022
Elman Rüstəmov 10 milyard dolların itirilməsindən DANIŞDI

Elman Rüstəmov 10 milyard dolların itirilməsindən DANIŞDI

2014-cü ilin iyunundan başlayan böhran,dünyada tələbin azalması və bir sıra amillər neftin qiymətlərinin azalması ilə müşahidə olundu. Azərbaycanda neftin qiyməti 4 dəfəyə qədər azaldı,bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkə prezidentinin devalvasiya zamanı 10 milyard dolların itirilməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
 
Dünyada böhran baş verən vaxtda biz də 1.4 milyardlıq kəsirlə üzləşdirk. Ölkədə ticarət balansında problemlər yaranmağa başladı və cari balansda böyük itkilər oldu. Proqnozlaşadırmaq çətin idi. Ölkə strateji valyuta ehtiyatlarını itirməklə üzləşdi. Valyuta transferləri və beynəlxalq ödəmə qabiliyyətinə ciddi təhdidlər yaranırdı. Sonrakı proseslər göstərdi ki, bu doğru qəbul edilmiş qərar idi. İldə 12 milyard transfer dövlət büdcəsinə sərf edirdisə, xərclər 6 milyard dollara düşdü. Yəni qeyd edilən 10 milyard dollar vəsait itkisi bir-iki ay ərzində baş vermədi", deyə Rüstəmov bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb