Elmar Məmmədyarov: "Bako Saakyan Ermənistan pasportu ilə səfər edib"

19:49 | 10.07.2015
Elmar Məmmədyarov:

Elmar Məmmədyarov: "Bako Saakyan Ermənistan pasportu ilə səfər edib"

Biz "Chatham House"la danışıqlar aparmışıq ki, Dağlıq Qarabağın azərbaycanlı icması da mövqeyini ifadə etmək imkanı əldə etsin.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin rəhbəri Bako Saakyanın Londona səfərini şərh edərkən bildirib.

"Belə ki, onun Böyük Britaniya parlamentində çıxış etdiyini demək olmaz", - Məmmədyarov vurğulayaraq, bu faktın araşdırılmasının lazım olduğunu da qeyd edib.

E. Məmmədyarov əlavə edib ki, əvvəllər də həmişə B.Saakyan Ermənistan pasportunu istifadə edərək Fransa və ABŞ səfər edib: "Beləliklə, bu səfərləri şəxsi səfər kimi qiymətləndirmək olar".

Elmar Məmmədyarov deyib ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkəyə həmin səfərlə bağlı öz etirazlarını bildirib. Nazir vurğulayıb ki, əyər "Chatham House"-da Bako Saakyanın çıxışı olubsa, onda orada Dağlıq Qarabağın azərbaycanlı icmasının da mövqeyi dinlənilməlidir: "Əgər B.Saakyan "Chatham House"da çıxış edib Dağlıq Qarabağın erməni icmasının mövqeyini bildiribsə, biz Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini də dinləmək üçün şərait yaradılması haqqında danışıqlar apardıq".

XİN rəhbəri bildirib ki, çıxışın tarixi Azərbaycanın Londondakı səfirliyi tərəfindən dəqiqləşdirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür