Elmira Süleymanova nazirlərə müraciət etdi

11:33 | 10.10.2014
Elmira Süleymanova nazirlərə müraciət etdi

Elmira Süleymanova nazirlərə müraciət etdi

Milli Preventiv Qrupun üzvləri cəzaçəkmə müəssisələrində olubOmbudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə qısamüddətli başçəkmələr həyata keçiriblər.ANN.Az Ombudsman Aparatına istinadla xəbər verir ki, başçəkmə zamanı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovla görüş keçirilmiş, saxlanma şəraiti araşdırılıb.Qeyd edilməlidir ki, M.Səmədov Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən, 2 il müddətinə həbsxana rejiminə keçirilib.13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Tofiq Yaqublu da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı T.Yaqublu cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti və rəftarla bağlı narazı olmadığını bildirib.Həmçinin 14 saylı cəzaçəkmə müəssisəsində qəbul edilmiş Sərdar Əlibəyli də saxlanılma şəraiti və raftarla bağlı şikayət etməyib.

Bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar Ombudsman tərəfindən müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb