Elmira Süleymanova psixi xəstələrdən ötrü müraciət etdi

12:40 | 08.08.2014
Elmira Süleymanova psixi xəstələrdən ötrü müraciət etdi

Elmira Süleymanova psixi xəstələrdən ötrü müraciət etdi

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində və  Daxili İşlər Nazirliyinin  Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində  başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmə zamanı MPQ üzvləri 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər. Müəssisədə daha bir müasir standartlara cavab verən, yeni tikilmiş korpusun istifadəyə verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. MPQ üzvləri həmin gün Müvəkkilə ünvanlanmış müraciətin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində olub, Müvəkkilə müraciət edən məhkumla, eyni zamanda  müəssisənin cərimə təcridxanasında saxlanılan şəxslərlə görüşüblər. Qəbul edilmiş şəxslərlə konfidensial qaydada aparılan söhbət zamanı həmin şəxslər müəssisədəki saxlanılma şəraiti, rəftar və onlara göstərilən tibbi yardımın keyfiyyəti ilə bağlı şikayət etməyiblər. Müəssisənin cərimə təcridxanasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. MPQ üzvləri həmin gün 14-cü Polis bölməsində apardığı araşdırma zamanı polis bölməsində saxlanılan şəxs olmasa da, müvafiq qeydiyyat  jurnalları və saxlanılma  şəraiti öyrənilib. Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasındakı mövcud xəstə sıxlığının aradan qaldırılması və Sabunçu RPİ-nin 14-cü Polis bölməsində saxlanma yerinin şəraitinin təkmilləşdirilməsi məqsədilə Ombudsman tərəfindən aidiyyəti orqanlara müraciət edilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM