Elmlər Akademiyasında professor-müəllim heyətinin maaşı artacaq

11:29 | 10.12.2015
Elmlər Akademiyasında professor-müəllim heyətinin maaşı artacaq

Elmlər Akademiyasında professor-müəllim heyətinin maaşı artacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura təhsilinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə fərqləndirmə və stimullaşdırma prinsipi tətbiq ediləcək.

Modern.az xəbər verir ki, bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin iclasında məlumat verib.

Qərara əsasasən, AMEA-nın elmi müəssisələrində magistratura pilləsində ayrı-ayrı fənləri tədris edən professor-müəllim heyətinin dərs yükünə uyğun olaraq bir akademik saat (45 dəqiqə) üçün vəzifə maaşlarına əlavələr də müəyyənləşdirilib.
Alimin sözlərinə görə, əsas məqsəd AMEA-nın elmi müəssisələrində magistratura təhsilinin keyfiyyət səviyyəsini beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırmaq, magistraturada təhsil alan tələbələri gələcəkdə ölkəmiz üçün yüksək səviyyəli mütəxəssislər kimi hazırlamaq, onların ölkəmizdə və xarici ölkələrdə ixtisasları üzrə təsilinin və təcrübələrinin davam etdirmələrini təmin etməkdir.

Qərarın icrası ilə bağlı məsələlərin həlli AMEA Rəyasət Heyətinin aparatının Elm və təhsil idarəsinə və AMEA Rəyasət Heyətinin aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinə tapşırılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM