“Elmlər Akademiyası”nın ikinci çıxışı açılır

16:30 | 11.01.2015
“Elmlər Akademiyası”nın ikinci çıxışı açılır

“Elmlər Akademiyası”nın ikinci çıxışı açılır

"Bakı Metropoliteni” QSC 2015-ci il ərzində "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışını istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, stansiyanın əlavə çıxışının tikintisi üzrə əsas işlər, demək olar, başa çatıb: "Obyektin bu ilin sonunadək istismara verilməsi planlaşdırılır, lakin dəqiq tarix barədə danışmaq hələ tezdir".

Onun sözlərinə görə, hazırda zəruri avadanlıqlar quraşdırılır, infrastruktur yaradılır, bütün lazımi sistemlər təşkil olunur.

"Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM