Elşad Xose: "Azacıq peşmanam” VİDEO

12:54 | 05.08.2014
Elşad Xose: "Azacıq peşmanam” VİDEO

Elşad Xose: "Azacıq peşmanam” VİDEO

Rep ifaçısı Elşad Xose bir neçə gün öncə 8 əsgərimizin şəhid olanda hovuzda çimərkən çəkdirdiyi şəklini və şərhini “İnstagram”da paylaşdıqdan sonra yaranan qalmaqala münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə açıqlama verərkən çəkilən videosunu yayımlayan Elşad bəzi insanların onu yanlış anladığını bildirib. Bir neçə gün öncə 14 şəhid verməyimizə baxmayaraq çalıb-oynamağa davam edəcəyini deyən Xose, bu dəfə əsgər ölümlərindən sonra konsert proqramını təxirə saldığını bildirib. 
“Hovuzda çimərkən paylaşdığım şəkili mənə qəbahət tutdular. Efirdə matəm elan edilməyib, buna görə də matəm saxlamırıq. Vətənpərvərlik daxildən gəlməlidir, iki günlük əsgər geyimi geyinib şəkil çəkdirmək vətənpərvərlik deyil". 
Özünü təmizə çıxarmağa çalışan repper ilk paylaşdığı videonun çəkilişi zamanı narkotik vasitənin təsiri altında olması barədə deyilənlərə də aydınlıq gətirib. Rep ifaçısı artıq 5 ildir ki, narkotik istifadə etmədiyini iddia edib: 
"Mər neçə ildir ki, "hallı" olmuram. Dediyim sözlərlə sadəcə olaraq mənim vətənpərvərliyimə şübhəsi olanlara cavab verdim. Sözüm onlaradır. Əsgərlik yaşı gəldikdə əsgər geyimi geyinib əlinə silah alan kəs vuruşmağa, vətəninə görə ölməyə gedir. Əsgər ölübsə burada qeyri-adi bir şey yoxdur. Hirsli baş ilə video çəkərək məni qınayanlara sözlərimi çatdırdım. Gərək, mənə şərh yazanlara cavab verməyəydim. Buna görə, azacıq peşmanam.
O ki qaldı, cəbhədə şəhid olan qardaşlarımıza, onların ailələrinə “başınız sağ olsun” deyirəm. Onların yolunu gözləyənlər vardı. Onları böyüdən analar sağ olsun. Əlinizdən öpürəm. Vaxtı gələndə biz də öləcəyik. Sözsüz ki, vuruşacağıq, çalışacağıq ki, ölməyək”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM