Əmək müfəttişliyinin səlahiyyəti artırıldı - VİDEO

17:06 | 13.03.2015
Əmək müfəttişliyinin səlahiyyəti artırıldı - VİDEO

Əmək müfəttişliyinin səlahiyyəti artırıldı - VİDEO

Azərbaycanda işləyən əcnəbilərin hüquqları yerli işçilərlə eyni səviyyədə qorunacaq. 

ANS TV-nin məlumatına görə, bu bir müddət öncə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən mümkün olub. Bu sənədlə Dövlət Əmək Müfəttişliyinin səlahiyyətləri artırılıb. Dəyişiklik barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov açıqlama verib.

Səlim Müslümov bildirib ki, bu günə kimi Azərbaycan Respublikası ərazisində Əmək Müfəttişliyi ayrı-ayrı işə götürənlərdə ancaq Azərbaycan vətəndaşı olan işçilərin hüquqlarının qorunmasını həyata keçirirdi. Xarici ölkə vətəndaşları isə qanuni şəkildə Azərbaycanda çalışmaq üçün iş icazəsi aldıqdan sonra onların hüquqları mövcud konvensiyalara görə, yerli işçilərlə eyniləşdirilirdi. Nazir söylədi ki, bununla bağlı prezident İlham Əliyevin sərəncamı ilə qanunvericikdə dəyişiklik edildi. Belə ki, bundan sonra əcnəbilərin hüquqlarının işə götürənlər qarşısında bərabər qorunması Əmək Müfəttişliyi tərəfindən həyata keçiriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM