Əməkdar artist: Daha ölüm qorxusu yoxdur

17:30 | 16.02.2014
Əməkdar artist: Daha ölüm qorxusu yoxdur

Əməkdar artist: Daha ölüm qorxusu yoxdur

Daha narahatlığa əsas yox. Bundan sonra rahat həyatıma davam edə bilərəm. Ölüm təhlükəsini atlatdım. 

Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova deyib. 

Onun sözlərinə görə, fevralın 18-də Bakıya qayıdacaq və teatrda qaldığı yerdən davam edəcək: 

“Həkimlər ikinci dəfə məni müayinə etdilər. Müayinədən sonra bildirdilər ki, daha ölüm qorxusu yoxdur. Allaha şükürlər olsun”. 

Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla bağlı 3 dəfə əməliyyat olunub. 

Hazırda isə Türkiyədə ikinci dəfə kimyaterapiya kursu keçir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM