“Əməliyyatçılar gəlmişdilər”- ANS-in aparıcısının adı oğurlanan körpə olayında

14:57 | 15.08.2014
“Əməliyyatçılar gəlmişdilər”- ANS-in aparıcısının adı oğurlanan körpə olayında

“Əməliyyatçılar gəlmişdilər”- ANS-in aparıcısının adı oğurlanan körpə olayında

“Əməliyyatçılar ANS televiziyasına gəlmişdilər və məndən hadisə ilə bağlı görüntüləri istədilər”."Qafqazinfo" xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər  2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağrılaraq, dindirilməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.Aparıcı açıqlamasında haqqında yayılan xəbərin yalan olduğunu və polis bölməsinə çağrılmadığını deyib:“Tamamilə yalan məlumatdır. Əməliyyatçılar ANS televiziyasına gəlmişdilər və məndən hadisə ilə bağlı görüntüləri istədilər. Biz də onlara görüntüləri verdik. Məni heç kəs bölməyə çağırıb izahat istəməyib”.Xatırladaq ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana “Adam içində” verilişindən kömək istəmişdi. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.    Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.Bir müddət sonra isə qadının dünyaya gətirdiyi körpə oğurlanıb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi qaldırılıb. Oğurluq hadisəsində isə teleaparıcının da əlinin olması ilə bağlı xəbərlər yayımlanıb və onun polis bölməsinə aparılaraq izahat verdiyi qeyd olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM