Müğənni və biznesmen, "Krokus Group”un vitse-prezidenti Emin Ağalarov Yeni İl ərəfəsində Moskvada kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
"Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Crocus City Hall”da baş tutan "Veqasın sehirli küknarı” adlı aksiyada Rusiya şou –biznesinin nümayəndələri – Evelina Blendas, Soqdiana və digərləri uşaqları ilə iştirak ediblər.
Tədbirdə 3500 kimsəsiz uşaq iştirak edib və onların hər biri Şaxta Babadan arzuladıqları hədiyyəni alıblar.
Qeyd edək ki, aksiya yanvar ayının 15-nə qədər davam edəcək.
Bizi sosial şəbəkələrdə izləyin !