Eminönü iskələsi, Qalata körpüsü və İstanbulun mənzərəli şəfəqləri - FOTOREPORTAJ

21:35 | 10.08.2016
Eminönü iskələsi, Qalata körpüsü və İstanbulun mənzərəli şəfəqləri - FOTOREPORTAJ

Eminönü iskələsi, Qalata körpüsü və İstanbulun mənzərəli şəfəqləri - FOTOREPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə İstanbulun ən qələbəlik iskələlərindən birinə Eminönüyə, Qalata körpüsünə baş çəkəcəyik, buralar artıq lap çoxdan İstanbulun simvollarına çevriliblər. 

Eminönü iskələsi İstanbulun ən qələbəlik məkanlarından biridir. Burada təkcə şəhərin Asiya hissəsinə keçid deyil, həm də böyük avtovağzal var ki, şəhərin istənilən yerinə hərəkət edən minik maşınları buradan hərəkət edirlər. Ona görə bu ətrafda həmişə çoxlu gəmilər, kruizlər və bərələr gözə dəyir. 

İstanbulluları və şəhərin qonaqlarını bura cəlb edən nədir? Birincisi siz burda Bosfor boyunca hərəkət edən bərələrə baxıb zövq ala bilərsiniz, istəsəniz körfəz boyunca səyahətə də çıxa bilərsiniz, bunun da qiyməti 20 lirə, bizim pulla 10 manatdır. 

Bundan başqa, burada İstanbulun mənzərələrinə baxıb həzz ala bilərsiniz, buradan Qalata körpüsü və Eminönü iskələsi görünür. 

Eminönü də insan sıxlığının digər səbəbi isə burada çoxlu kafelərin və məşhur balık-ekmek satış nöqtələrinin mövcud olmasıdır. Baton çörəyin içində qızardılmış təzə balıq, şalqam suyu və turşuyla veriən balık-ekmek İstanbulun dadından doymaq olmayan ləzzətlərindən biridir, çox sayda insan İstanbula gələrkən balık-ekmek yemədən getmir. Bundan əlavə, burada müştərilərə qarğıdaları, şabalıd satırlar. Bu təamlardan dada-dada İstanbulun mənzərələrinə baxmaq bir ayrı cür damaq dadıdır. Bu gözəl məkandan çəkdiyimiz fotoları oxucularımıza təqdim edirik. 

Xoş seyrlər: 
 












































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM