Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb

10:50 | 21.06.2024
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb

2024-cü ilin yanvar-mayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 74,4 milyon manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur. Bu barədə ƏMDX məlumat yayıb. 
 
Hesabat dövründə ödənişin 59,2 milyon manatı (25,4 % çox) özəlləşdirmə, 15,2 milyon manatı (8,5 % çox) isə icarə hesabına təmin edilib.
 
5 ayda qurum 23 özəlləşdirmə hərracı keçirib, hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi özəlləşdirilib.
 
Eyni zamanda hərraca çıxarılmış dövlət əmlakları üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.

Hesabat ərzində 1 519 yeni icarə müqaviləsi bağlanılıb, bağlanan müqavilələrdən 362-si qeyri-yaşayış, 1 157-si isə torpaq sahələrinə aid olub.
 
2024-cü ilin yanvar-mayında dövlət büdcəsinin icrasında 2533,0 milyon manatlıq və ya ÜDM-in 5,3%-i qədər profisit yaranıb. 
 
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16005,9 milyon manat, xərcləri 13472,9 milyon manat təşkil edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti