Ən yaşıl şirkətlərin reytinqi

23:27 | 13.05.2015
Ən yaşıl şirkətlərin reytinqi

Ən yaşıl şirkətlərin reytinqi

Aparıcı İT korporasiyalar öz məhsulunun ekoloji göstəricilərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. "Greenpeace” təşkilatı "yaşıl" istehsalçıların növbəti reytinqini dərc edib.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru” saytına istinadən bildirir ki, "Apple” korporasiyası reytinqdə liderliyini geri qaytarıb.
 
2014-cü ildə Kaliforniya nəhənginin ekoloji nailiyyətlərinə şirkətin bütün müəssisə və binalarında istifadə olunan enerjinin 87 faizi bərpa olunan mənbələrdən əldə olunur, "Apple”ın pərakəndə mağazaları isə artıq 100 faiz bərpa olunan enerji ilə təmin olunur.
 
 
Hazırda ABŞ-da "Apple” şirkətinin bütün istehsal obyektləri, həmçinin pərakəndə mağazalar bərpa olunan mənbələrdən 100 faiz enerji ilə təmin olunur. Başqa sözlə, günəş, külək, geotermik elektrik stansiyaları və su elektrik stansiyalarından elektrik enerjisi əldə olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti