Ən yüksək rütbəli lider öldürüldü

09:13 | 19.10.2015
Ən yüksək rütbəli lider öldürüldü

Ən yüksək rütbəli lider öldürüldü


Suriyanın Şimal Qərbində keçirilən əməliyyat zamanı "əl-Qaidə” terror təşkilatına bağlı fəaliyyət göstərən "Xorasan” qruplaşmasının lideri Sənafi ən-Nasr öldürülüb.
 
ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat sözçüsü Piter Kuk məlumat yayıb. Kuk yaydığı bəyanatda ən-Nasrın hava əməliyyatları zamanı öldürüldüyünü bildirib.

"Koalisiya qüvvələrinin Suriyanın Şimal Qərbində oktyabrın 15-də keçirdiyi hava əməliyyatları zamanı "Xorasan” qrupu kimi də bilinən "əl-Qaidə”nin təcrübəli döyüşçülərinin ən yüksək rütbəli lideri, səud əslli, kod adı Sənafi ən-Nasr olan Abdul Muhsin Abdullah İbrahim əş-Şariki öldürülüb.”

Piter Kuk ən-Nasrın uzun müddətdir "əl-Qaidə” üçün Körfəz ölkələrindən maddi yardımlar topladığını, terror təşkilatının Suriya qoluna yeni döyüşçülərin qatılmasını təmin etdiyini, qruplaşmanın Qərb ölkələrindəki əməliyyatları üçün maddi yardımlar göstərdiyini bildirib.

"Əl-Qaidə”nin İrandakı təşkilatlanma şəbəkəsində olan ən-Nasrın 2013-cü ildə Suriyaya getməzdən əvvəl də təşkilatın finansçısı olduğunu deyən Kuk onun son 4 ayda öldürülən 5-ci yüksək rütbəli "Xorasan” üzvü olduğunu bildirib.

Rəsmi Vaşinqton 2014-cü ilin 22 avqustunda Nasrı qlobal terrorçular siyahısına daxil etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb