Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

16:24 | 21.05.2015
Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. 

"Report"un məlumatına görə, Türkiyə prezidenti başsağlı məktubunda qeyd edib ki, Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşılayıb: "Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.

Sizə ən səmimi salamlarımı çatdırıram".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM