Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da içində olduğu yüksək sürəli qatar Kocaeli şəhərinə girərkən texniki nasazlıqla üzləşib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bundan sonra qatar bir müddətliyinə dayanıb. Türkiyənin Kommunikasiya Nazirliyi hadisənin baş vermə səbəblərini açıqlayıb. Nazirlik bildirib ki, qatarın ön pəncərələrindən birinə kənardan tellərdən qopan bir hissə dəydiyinə və pəncərənin şüşəsi qırıldığına görə enerjini kəsiblər. “Biz təhlükəsizliyə görə qatara ötürülən enerjini kəsdik”,-deyə məlumatda qeyd edilir”.Təhlükəsizlik məqsədi ilə əraziyə polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, qatar Ankaradan Əskişəhir istiqamətində hərəkət edib. Baş nazir Rəcəb Tayyib Ərdoğan Ankara-İstanbul yüksək sürəli dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək məqsədi ilə qatarla tədbirin keçirildiyi yerə gedirmiş.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !