Ərdoğandan Somayla bağlı Sərt açıqlama

23:03 | 19.05.2014
Ərdoğandan Somayla bağlı Sərt açıqlama

Ərdoğandan Somayla bağlı Sərt açıqlama

"Millətimizin dəstəyi ilə Somanın köməyinə çatdıq"

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsi ilə bağlı sərt açıqlama verib.

ANS TV-nin məlumatına görə, Ərdoğan açıqlama edərək mədənə görə onun partiyasını tənqid edənlərə səslənib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Somalini burax, Somaya bax” kimi insanlıqdan və vicdandan kənar ifadələrə yer verilir. Kədərimiz hələ çox təzə ikən, yaralarımız təzə ikən, ürəklərimizdən qan axarkən bu cür tənqidlərin üzərində dayanmayacağıq. Biz Allahın izni ilə, millətimizin dəstəyi ilə Somanın da köməyinə çatdıq, oradakı yaralılara kömək etdik, kömək edəcəyik, amma Somalinin də köməyinə çatacaq gücə malik olan bir dövlətik. 

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, “Ədalət və İnkişaf Partiyası” iqtidara gələndə Türkiyə yardım alan dövlət vəziyyətində idi, indi yardım göndərən ölkə rolunu oynayır. Onun məlumatına görə, il ərzində edilən beynəlxalq yardımın həcmi 2,5 milyard dolları ötüb.

Qeyd edək ki, bir neçə gün əvvəl Soma kömür mədənində baş verən qəza ilə bağlı artıq Türkyədə həbslər dalğası başlayıb. Ötən gün Akhisar dövlət prokurorluğu 25 nəfəri istintaqa cəlb etmişdi. Bu gün onlardan 5 nəfəri barəsində həbs-qətimkan tədbiri seçilib. Həbs olunanların mədənin baş meneceri, mədən mühəndisləri və növbə rəisləri olduğu bildirilir. İstintaqa cəlb olunanlar arasında Soma Holdinqin rəhbəri Alp Gürkanın oğlu Can Gürkanın da olduğu 8 nəfər şərti olaraq azad edilib. Həbs olunanlar və saxlanılanlar barəsində işinə etinasız yanaşma və ölümə səbəb olma ittihamları ilə cinayət işi açılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb