Ərdoğanın qalmaqallı Davos çıxışı qurma olub - Video

19:02 | 21.07.2014
Ərdoğanın qalmaqallı Davos çıxışı qurma olub - Video

Ərdoğanın qalmaqallı Davos çıxışı qurma olub - Video

Ərdoğanın Davosdakı çıxışının məsləhətçiləri tərəfindən hazırlandığı iddia edilib.
 
Axar.az xəbər verir ki, AKP-nin qurucularından biri, Rəcəb Təyyib Ərdoğanın Milli Türk Tələbə Birliyində müəllimi olmuş keçmiş millət vəkili professor Nevzat Yalçıntaş türk mətbuatına şok açıqlama verib. Onun bildirdiyinə görə, Ərdoğanın Davosdakı çıxışı zamanı "one minute" (bir dəqiqə) deməsi əvvəlcədən Baş nazirin məsləhətçiləri tərəfindən hazırlanıbmış.
 
Sonra Yalçıntaş Ərdoğanın Davos çıxışı barədə daha ətraflı danışıb:
 
"Davosda Türkiyəni təmsil edən lider eyni masada oturduğu adama sərt sözlər dedi. Sonra onun həyəcanlı halda platformanı tərk edərkən reaksiyalarına nəzər yetirin. Fikrimcə, bu ssenarini Baş nazirin məsləhətçiləri hazırlayıb. Mənim gəldiyim qənaət belədir. Bu kimi şeylər film səhnələrində olur. Real siyasətdə sərt, kəskin ifadələr bəzən işlənir. Ancaq qarşı tərəfin cavabı gəldikdən sonra toplantı davam edir. Yenə deyirəm, siyasi danışıqları dramatik hala gətirmək yalnız filmlərdə baş verir”.
 
Xatırladaq ki, Türkiyənin Baş naziri 2009-cu ildə Davos iqtisadi forumunda keçirilən toplantıda prezident Şemon Peresə sərt sözlər deyərək İsrailin apardığı siyasəti kəskin tənqid etmişdi. Bunun ardınca çıxışı zamanı moderatorun ona verdiyi qısa danışıq vaxtından şikayətlənən Ərdoğan “Siz danışmağa imkan vermirsiz... Bu gündən etibarən mənim üçün Davos bitmişdir”, - deyərək, toplantı salonunu tərk etmişdi.
Həmin səs-küylü videonu təqdim edirik. 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM