Erməni döyüşçülər Tovuzla sərhədə toplanır

12:40 | 11.08.2014
Erməni döyüşçülər Tovuzla sərhədə toplanır

Erməni döyüşçülər Tovuzla sərhədə toplanır

“Biz artıq Tavuş əyalətində (Azərbaycanın Tovuz rayonu ilə həmsərhəddə - red.) “azatamartik”ləri yığmağa başlayırıq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Qarabağ müharibəsi veteranları şurasının rəhbəri Yura Mikayelyan çıxış edib.

O, bunun üçün İrəvanda qərargah qurulduğunu da bildirib:

“Uzaqda olanlar artıq gəlməyə başlayıblar. Çoxları gəlmək istəyir, amma biz hələ gözləmələrini məsləhət görürük. Əsil döyüşçülər indidən hazırdırlar. Bu onların sosial vəziyyətləri ilə bağlı deyil. Hazırda xəstəxanada olan oğullarımız var ki, bizdən nə vaxt gəlmək lazım olduğunu soruşurlar”.

Qeyd edək ki, “azatamartik” Qarabağ müharibəsində iştirak edən erməni partizanlara deyilir. Bu sözün ermənicədən tərcüməsi “azadlıq döyüşçüsü” adlanır.

Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov Axar.az-a açıqlamasında cəbhədə baş verən son hadisələrdən sonra çox sayda müharibə veteranının, keçmiş döyüşçülərin müharibəyə getmək üçün müraciət etdiklərini bildirdi.

Onun sözlərinə görə, bununla bağlı ölkə prezidentinə də müraciət ediblər:

“Çox sayda keçmiş döyüşçü, müharibə veteranı müraciət edib. Biz birləşərək öz istəyimizi, müharibəyə daim hazır olduğumuzu bildirdik və bunu təkcə bu gün demirik, hər zaman bəyan etmişik. Bizim bu gün də gənclərlə çiyin-çiyinə döyüşməyə gücümüz də, istəyimiz də var. Prezident özü də bildirdi ki, ordumuz müharibəyə tam hazırdır. Çox istərdik ki, bizim güc və təcrübəmizdəın istifadə edilsin və inanıram ki, ediləcək. Bizim təcrübəmiz var, ölüm-itim görmüşük, o torpaqları da ovucumuzun içi kimi tanıyırıq. Həm də içimizdə bir qisas hissi qalıb. Ona görə də Ali Baş Komandanın əmrini gözləyirik və əminəm ki, müraciətimizə lazım olduğu anda müsbət cavab veriləcək”.

Birlik sədrinin sözlərinə görə, müraciət edənlər arasında hətta müharibədə əlil olanlar da var:

“Əzalarını itirmiş, müharibədə əlil olmuş çox sayda veteranlarımız da var ki, dəfələrlə müraciət ediblər ki, birdən bizə deməzsiniz. Müharibə başlayacağı təqdirdə onları unudacağımızı sanırlar. Onlar, Qarabağ əlilləri son hadisələrdən çox ruhlanıblar, yüksək döyüş əhval-ruhiyyəsindədir. Müharibə başlayacağı təqdirdə onları saxlamaq olmayacaq və inşallah, dövlətimiz onların bi istəyini nəzərə alacaq”.

E.Əsədov qeyd etdi ki, erməniləri onlar qədər yaxşı tanıyan ola bilməz:

“Biz onlarla döyüşdə üz-üzə gəlmişik, bilirik kimdirlər. Ermənistanın bununla bağlı yaydığı məlumatların görüntü naminə olduğuna şübhəniz belə olmasın. Unutmayın ki, onlar işğala gəlir, biz isə öz torpağımızı azad etməyə gedirik. 90-cı illərdəki kimi, onlar təpədən dırnağa silahlı, biz isə ov tüfənginə möhtac vəziyyətdə də deyilik, indi bizim arsenalın gücü ermənilərdən ondəfələrlə çoxdur. Belədə onlar bizim qabağımızda dura bilərlərmi!”

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM