Erməni müğənni Bakıda konsert verəcək - FOTO - VİDEO

18:18 | 17.07.2018
Erməni müğənni Bakıda konsert verəcək - FOTO - VİDEO

Erməni müğənni Bakıda konsert verəcək - FOTO - VİDEO

26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018” Beynəlxalq Musiqi Festivalına erməni əsilli müğənni Zara Mgoyan da qatılacaq.

Yenicag.az xəbər verir ki, erməni müğənni festivalın son günü – iyulun 29-da səhnəyə çıxacaq.
Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan 1983-cü ildə Sankt-Peterburqda anadan olub. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürdü, bir tərəfi isə ermənidir. Onun ailəsi Ermənistanın Gümrü bölgəsindəndir.
Onu da bildirək ki, Zara Mgoyan "Mənim Ermənistanım” mahnısı ilə də tanınır.
Qeyd edək ki, "Jara-2018” musiqi festivalının təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Y

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti