Ermənilər 16 yaşlı gəncimizi yaraladı

11:25 | 09.08.2014
Ermənilər 16 yaşlı gəncimizi yaraladı

Ermənilər 16 yaşlı gəncimizi yaraladı

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycanın daha bir dinc sakinini yaralanıb.Ağstafa rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndi ərazisində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində kənd sakini, 16 yaşlı Kamran İmran oğlu Tağıyev güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polisdən həmçinin bildirilib ki, K. Tağıyev 10-cu sinif şagirdidir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM