Ermənilər 2 Tovuz sakinini güllələdi

11:44 | 19.10.2015
Ermənilər 2 Tovuz sakinini güllələdi

Ermənilər 2 Tovuz sakinini güllələdi

Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində iki dinc sakin yaralanıb. 

ANN.Az TTV-yə istinadən xəbər verir ki, kənd sakini Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulub.

Düşmən silahından açılan atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov ağır qəlpə yarası alıb. Sol ayağından ağır xəsarət alan Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb.

Digər mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb. Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM