Ermənilər atəşkəs rejimini ümumilikdə 58 dəfə pozublar

10:30 | 18.10.2015
Ermənilər atəşkəs rejimini ümumilikdə 58 dəfə pozublar

Ermənilər atəşkəs rejimini ümumilikdə 58 dəfə pozublar

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Şuraabad, Şıxlar, Baş Qərvənd, Mərzili, Cəvahirli, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd vəFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 63 dəfə atəş zərbəsi endirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM