Ermənilər azərbaycanlını belə əsir aldılar - ŞOK VİDEO

13:18 | 15.07.2014
Ermənilər azərbaycanlını belə əsir aldılar - ŞOK VİDEO

Ermənilər azərbaycanlını belə əsir aldılar - ŞOK VİDEO

İki kəlbəcərli girov götürülüb - Dilqəm Əhmədov və Şahbaz Quliyev. AzNews.az iki gün öncə ermənilərə əsir düşən, əslən kəlbəcərli Dilqəm Əhmədovun – 2007-ci ildə çəkdiyi videogörüntüləri təqdim edir.Görüntülərdə Əhmədovun səsləndirdiyi fikirlərə qulaq asanda açıq-aşkar hiss olunur ki, o, nə “xüsusi terrorçu”dur, nə də erməni mətbuatının yazdığı kimi təxribatçı. O, son 7-8 ildə doğulduğu Kəlbəcər rayonuna dəfələrlə gedib, doğma kəndini, obasını ziyarət edərək, gördüklərini doğmaları ilə bölüşmək üçün lentə köçürürmüş. Təqdim edəcəyimiz videodan da göründüyü kimi o, çox vətənpərvər adamdır, yurd həsrətini ürək ağrısı ilə qeyd edir, çəkiliş vaxt hətta ağladığı da açıq-aşkar hiss edilir.Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əhmədov və Şahbaz Quliyev girov götürülüb. Onlar doğma yurdlarını görmək üçün Kəlbəcərə gediblərmiş. Dilqəm Əhmədov əsir götürüldükdən sonra ermənilər onun telefona çəkdiyi videonu da yayıb. Həmin videoda Dilqəm Əhmədovun dilindən azərbaycanlıları aşağılayan ifadələr işlədilir. Bu təqdim edəcəyimiz videoya baxandan sonra isə bəlli olur ki, belə bir adam ermənilərin təqdim etdiyi materialdakı fikirləri səsləndirə bilməz. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM