Ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə edir - VİDEO

10:43 | 31.08.2022
Ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə edir - VİDEO

Ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə edir - VİDEO

Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinə alternativ inşa olunan Gorus-Xankəndi yolunun 4,7 kilometrlik hissəsinə yerləşdirilib və bu gündən ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadəyə başlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan mediası daha əvvəl Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb.
 

 
Laçına daxil olmadan yeni alternativ yolun çəkilməsi üçün Ermənistan öz tərəfinə düşən yol hissə üçün 8.5 milyard dram ( 20.7 milyon dollar) pul ayırıb. 
 
Laçına daxil olmadan yeni alternativ yolun tikilməsinə 2021-ci ilin iyulunda başlanılıb. Yolun  uzunluğu əvvəl 23 km nəzərdə tutulsa da sonradan  32 km-ə qədər uzadılıb. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 m) metr təşkil edəcək. Podratçı  şirkət "37 №-li Yİ" MMC, subpodratçı isə Polad şirkətidir. Bu yolda işlərin başa çatması 2022-ci ilin sentyabrında nəzərdə tutulub.
 
Ləman 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM