Ermənilər mülki avtomobili partlatdılar - Əlibəylidə dəhşət

16:20 | 09.08.2014
Ermənilər mülki avtomobili partlatdılar - Əlibəylidə dəhşət

Ermənilər mülki avtomobili partlatdılar - Əlibəylidə dəhşət

Bu gün Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl atıblar. AzNews.az-ın cəbhə xəttinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ermənilər Tovuz rayonunun Əlibəyli kəndində VAZ 21-07 markalı mülki avtomobili atəşə tutublar. Nəticədə avtomobil partlayaraq külə dönüb.Xoşbəxtlikdən avtomobildə olan 3 nəfər kənd sakini atəş başlayan kimi avtomobildən düşərək ərazidən uzaqlaşa biliblər. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri cavab atəşləri açıb və düşmən susdurulub. Bundan əlavə ermənilərin bir hərbi texnikası sıradan çıxarılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM