Erməniləri qorxuya salan üçlük

11:11 | 18.10.2017
Erməniləri qorxuya salan üçlük

Erməniləri qorxuya salan üçlük

Rusiyanın Cənubi Qafqazdakı casusu əl-ayağa düşüb

Ermənistanın siyasi elitası ötən gün Gürcüstanın paytaxtı Tiflisdə imzalanan razılaşmadan qorxuya düşür. Söhbət Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü, imzalanan protokoldan gedir. 

Ermənistan diplomatik səviyyədə bu ölkələrin əməkdaşlığının nəticəsində özünə qarşı artan riskləri minimallaşdırmaq üçün fəallığını artırmalıdır. Bunu erməni ekspertlərdən biri deyib. Bunun konkret olaraq necə etmək lazım olduğunu isə o izah etməyib. 

Ölkələrin sürətli və gələcək inkişafı üçün nə etmək lazımdır? İlk növbədə təhlükəsizlik gücləndirilməlidir. Tərəflər əmindirlər ki, Ankara, Bakı və Tiflis arasında əldə edilən üçtərəfli razılaşma regionun təhlükəsizliyi təmin edəcək.  

Bununla İrəvanda qəti razılaşmırlar. Ermənilər iddia edirlər ki, Ermənistanın iştirakı olmadan heç bir hərbi təşkilat regionda təhlükəsizliyi təmin edə bilməz.

Amma İrəvan, onun mövqeyi ilə görünür heç kim iş birliyi etmək niyyətində deyil. Onları çox yaxşı tanıyırlar və çoxdan Rusiyanın Cənubi Qafqazdakı cəsusu oluğunu bilirlər. Bir müddət öncə rəsmi Tiflisin yeni erməni səfirindən imtina etməsi də bunun ən yaxşı sübutudur.

Ermənistanın başını üzərini alan qara buludlar artır. Bunu isə ancaq sinsoptiklər yox, həm də erməni politoloqlar bilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti