Ermənilərin Azərbaycan dəmir yoluna hücumu

20:05 | 07.12.2017
Ermənilərin Azərbaycan dəmir yoluna hücumu

Ermənilərin Azərbaycan dəmir yoluna hücumu

Gürcüstanın ermənilər yaşayan Ninosminda şəhərində erməni milliyyətindən olan üç nəfər Bakı - Tiflis - Qars dəmir yolunun relslərini oğurlamağa çalışıblar.

İstiPress-in «Sputnik-Qruziya» portalına isçtinadən verdiyi xəbərə görə, bu, gürcü polisi oğruları tutub və erməni millətindən olan cinayətkarları 7 ilə qədər həbs cəzası gözləyir.

Göründüyü  kimi ermənilər diaspor təmsilçiləri ilə birlikdə elliklə Azərbaycanın layihəsi olan və ölkəmizin vəsaitləri ilə tikilmiş bu dəmir yolu xəttində hərəkəti dayandırmağa çalışırlar. Nə qədər etiraf etməsələr də layihə Ermənistanın təcridini bir qədər də dərinləşdirib.

Məsələyə erməni lobbisi də qarışıb. Rusiyada dərc olunan ermənipərəst «Regnum» portalının Yaxın Şərq bölməsinin rəhbəri, erməni lobbisinin fəal üzvü, Gəncədə böyümüş Stanistlav Tarasov keçən gecə yazdığı «Bakı - Tiflis - Qars dəmir yolu layihəsi kimə maraqlıdır?» başlıqlı məqaləsində sübut etməyə çalışır ki, Çin bu dəmir yolla yük göndərməyə maraqlı deyil. 

Məqalə müəllifi iddia edir ki, Azərbaycanın bu layihəsinin Rusiyanın tranzit imkanları ilə rəqabət apara bilməyəcəyini iddia edir. «Regnum»un dizayneri hətta qəribə bir tranzit xəritəsi də işləyərək Çindən Rusiyaya 5-6 tranzit girişi rəsm edərək, nədənsə BTQ-ni unudub.

Amma reallıq fərqlidir, Rusiya dəmir yollar Çindən iki istiqamətdə yük götürə bilirlər - Qazaxıstandan və Vladivostokdan. Vladivostok yolu ümumiyyətlə əlverişsizdir. Çünki konteynerlər Çin limanlarından Vladivostoka 7 günə gəlir və oradan Avropa sərhədlərinə çatmaq üçün 20 gün vaxt sərf olunur. Həmçinin yol 2 min dollar bahalaşır. Qazaxıstan  yolu isə yükü Urumçidən Avropaya 15 günə çatdırmağa imkan yaradır ki, bu, BTQ ilə eyni vaxt sərfidir. 

Sadəcə, Tarasov anlamaq istəmir ki, BTQ ilə Rusiya dəmir yolları bu məsələdə rəqib deyillər, hərəsinin öz zonası var. Rusiya dəmir yolları Şimali-Şərqi Avropaya, BTQ isə Cənubi-Şərqi Avropaya yük daşınmasını nəzərdə tutur. Qiymətləri də təxminən eynidir - 1 konteynerə xidmət 8 min dollara başa gəlir.

Təbii dəniz yolu ilə konteyneri Avropaya yola salmaq ucuzdur - 3 min dollardır. Amma buna 40 günə qədər vaxt gedir. Eyni zamanda yüklər limandan Avropanın içlərinə xüsusilə də Şərqi Avropaya hərəkət edəndə xeyli bahalaşır. Eyni sözü Qərbi  Çindən Avropaya hərəkət edən yüklər barədə də demək olar. Yəni onların da Çin limanlarına getməsi yox, dəmir yolu ilə birbaşa Avropaya getməsi həm maliyyə baxımından, həm də vaxt baxımından çox əlverişlidir.

Ermənilər sadəcə uduzduqlarını etiraf etmək istəmirlər. Buna görə də hər vasitə ilə BTQ-nin hərəkətinə mane olmağa çalışırlar. Növbədə erməni terrorudur və Ermənistan hakimiyyəti ermənilər yaşayan bölgədə qatarların hərəkətinə terror vasitəsi ilə mane olmağa çalışa bilər. Bu isə NATO üzvü Türkiyənin bölgəyə ordu yeritməsi ilə nəticələnə bilər. Təbii ki, bu, BTQ-nin həmin hissəsinin  əsas sahibi olan Gürcüstanın icazəsi ilə baş tuta bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti