• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

“Ermənilərin "Ağ bayraq" xəbəri yalandır” - İcra nümayəndəsi

“Ermənilərin "Ağ bayraq" xəbəri yalandır” - İcra nümayəndəsi
13.08.2014 12:24

“Qazax rayonunun Məzəm kəndində – qoşunların təmas xətti yaxınlığında yaşayan əhalinin ağ bayraq qaldırması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar ağ yalandır”.

Bunu APA-ya açıqlamasında bu gün ermənilərə məxsus “news.am” saytının Məzəm kəndinin ön xəttə yaxın ərazisində sakinlərin «ağ bayraq qaldırması» barədə xəbərinə münasibət bildirən Məzəm kəndinin icra nümayəndəsi Elman Nəsibov deyib. E. Nəsibovun sözlərinə görə, əhali ermənilərin atəşi altında olmasına baxmayaraq, kəndi tərk etməyib, həyat adi qaydada davam edir: «Yəqin, küləyin əraziyə dağıtdığı, ağacların, kol-kosun üstündə asılı qalan sellofanlar, boş zibil kisələri, kağız-kuğuz ermənilərin gözünə bayraq kimi görünür. Necə ola bilər ki, 20 ildən çoxdur, ev-eşiyini tərk etməyən Məzəm sakinləri indi ağ bayraq qaldırır? Onu deyən səhv edir. Ermənilərin bizdən ağ bayraq gözləmək arzuları gözlərində qalacaq». Kənd icra nümayəndəsi Azərbaycan Ordusunun bölmələrinin ermənilərin bütün təxribat cəhdlərinə tutarlı cavab verdiyini, qarşı tərəfin təşviş içində olduğunu, sərhəddəki erməni kəndlərinin sakinlərinin cəbhə xətti yaxınlığındakı evlərini tərk etdiklərini də bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol