Ermənistan ABŞ-ın bəyanatından məyus oldu

10:55 | 25.08.2017
Ermənistan ABŞ-ın bəyanatından məyus oldu

Ermənistan ABŞ-ın bəyanatından məyus oldu

"Amerikalı həmsədrin dediyində yenilik yoxdur. Onun bütün bəyanatları bir-birini təkrar edir”.  

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ probleminin həllinə dair təklif etdiyi  əsas prinsiplərə münasibət bildirərkən belə deyib.

Qeyd edək ki, amerikalı dipolmatın irəli sürdüyü prinsiplər  işğal olunmuş  ətraf rayonların Azərbaycana qaytarılmasını, məcburi köçkünlərin öz evlərinə qaytarılmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini, Laçın rayonundan keçməklə Ermənistanla Qarabağ arasında genişləndirilmiş dəhlizin açılmasını və Dağlıq Qarabağın statusunun hər iki tərəf üçün məqbul olan referendum yolu ilə müəyyən edilməsini nəzərdə tutur.    

Nalbandyan Ermənistanın "Tert.am” saytına açıqlamasında bildirb ki, həmsədrlər  bir neçə dəfə bu mövzuya müraciət ediblər: "Biz müvafiq bəyanatlar qəbul edib, öz münasibətimizi bildirmişik. Sadəcə, həmsədrlik edən hər üç ölkənin prezidentləri səviyyəsində bəyanatları öyrənilməlidir. Ermənistan dəfələrlə öz mövqeyini bildirib”.

Bununla yanaşı, Britaniyanın analitik mərkəzi Chatham House-un əməkdaşı Anait Şirinyan bildirib ki, Birləşmiş Ştatların Ermənistana münasibətdə dəqiq siyasəti yoxdur.

Diplomat həmçinin bildirib ki, buna ABŞ-la Rusiya arasında münasibətlərin pis olması da təsir göstərib. Rusiyaya qarşı sanksiyalar Ermənistandan da yan ötməyib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb