Ermənistan hərbiçiləri Xocalı və Şuşa ətrafında meşəlik əraziləri minalayıb- MN

12:33 | 02.02.2024
Ermənistan hərbiçiləri Xocalı və Şuşa ətrafında meşəlik əraziləri minalayıb- MN

Ermənistan hərbiçiləri Xocalı və Şuşa ətrafında meşəlik əraziləri minalayıb- MN

Ermənistan hərbiçiləri vətən müharibəsindən sonra Xocalı və Şuşada 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində əraziləri minalanıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 
Bildirilir ki,  həmçinin Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazilərdə minalanıb.
 
Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.
 
2024-cü ilin yanvarında Azərbaycanın dövlət qurumları Qarabağda və Şərqi Zəngəzurda 734,7 hektar ərazini minalardan və partlamamış mərmilərdən təmizləyib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyindən (ANAMA) verilən məlumata görə, yanvar ərzində işğaldan azad edilmiş ərazilərdə 123 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 203 ədəd partlamamış mərmi aşkar edilərək zərərsizləşdirilib.

2020-ci ilin noyabrından 2024-cü il yanvarın 16-dək Qarabağ və Şərqi Zəngəzurda 118 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM