Ermənistan Kəlbəcər istiqamətində döyüş PUA-ları qaldırdı - MN

Mayın 18-i saat 07:15 radələrində Kəlbəcərin Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirliyin məlumatında bildirilib.
www.anews.az