Ermənistan KTMT-nın iclaslarından niyə imtina etdiyini açıqlayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Şurasından dəstək almadığı üçün onların iclaslarında iştirak etməkdən imtina edib. Bu barədə Ermənistan mətbuatı ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadan yazıb.
"2020-ci il Azərbaycanla aramızda baş verən münaqişədən sonra KTMT bizə dəstəyini göstərmədiyi üçün Ermənistan KTMT-nin iclaslarında iştirakını dayandırıb. 2020-ci ildən sonra təşkilata bir də müraciət etdik. Lakin heç bir reaksiya almadıq. O vaxtdan çoxlu suallarımız qalıb. Hələ də cavab almamışıq. Bizim Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etməməyimiz də bu səbəbdəndir”, - Qriqoryan bildirib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər