Ermənistan Azərbaycanla nəqliyyatın məhdudiyyətsiz açılmasının tərəfdarıdır - Mirzoyan

14:56 | 06.05.2024
Ermənistan Azərbaycanla nəqliyyatın məhdudiyyətsiz açılmasının tərəfdarıdır - Mirzoyan

Ermənistan Azərbaycanla nəqliyyatın məhdudiyyətsiz açılmasının tərəfdarıdır - Mirzoyan

Ermənistan Almatıda danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturu məsələsi üzrə nizamlanmanı müzakirə etmək niyyətindədir. Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.  
 
O bildirib ki, Ermənistan ticarət yollarının məhdudiyyətsiz açılması məsələsi üzrə nizamlanmanı müzakirə etmək niyyətindədir. 
 
Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşəcəklər. 

Gündəliyə iki ölkə arasında öhdəliklərin yazılı təsdiqi, regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması daxildir.
 
Sonuncu dəfə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparılıb.
 
Tərəflər görüş zamanı iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
 
Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb