​Ermənistan ordusunun öz həmkarını öldürən hərbçisi tutuldu

11:05 | 06.06.2016
​Ermənistan ordusunun öz həmkarını öldürən hərbçisi tutuldu

​Ermənistan ordusunun öz həmkarını öldürən hərbçisi tutuldu

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki Ermənistan ordusunun hərbçisi, 1997-ci il təvəllüdlü Xoren Arutyunyanı odlu silahla yaralayan əsgər həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İnformasiyaya görə, həbs edilən müddətli hərbçi Xaçatryan soyadlı kiçik çavuşdur. O, öz hərbçi həmkarını odlu silahdan açdığı atəş nəticəsində yaralayıb. Bir müddət sonra Arutyunyan ölüb.

Hadisə ilə bağlı "silahla ehtiyatsız davranmanın ölümlə nəticələnməsi" maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə ittiham olunanlara 4 ildən 8 ilədək iş kəsilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb