Ermənistan razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb

13:58 | 23.09.2024
Ermənistan razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb

Ermənistan razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb

Ermənistan sülh müqaviləsində razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə çıxışı zamanı deyib. 
 
"Bu günə qədər - birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. ... aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatmaq istədiyini deməyə əsas verir.", - Azərtac Prezidentə istinadla yazıb. 
 
Bundan əvvəl Əliyev vurğulayıb ki, sülh sənədi istiqamətində iki ölkə arasında 80% razılaşma əldə edilib. 
 
Bundan əvvəl Ermənistanın baş naziri açıqlama verərək bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır.
 
Sentyabrın 9-da İrəvan tam razılaşdırılmış sülh sazişi layihəsini Bakıya verdiyini açıqlayıb. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür