Ermənistanda səhra təlimlərinə başlanılıb. ANS PRESS-in məlumatına görə, həyacan siqnalı Rusiya Cənub Hərbi dairəsində verilib. Təlimlərə 300-dən çox hərbi qulluqçu və 40 ədəd xüsusi hərbi texnika cəlb edilib. Səhra təlimləri iki həftə davam edəcək və bu müddət ərzində gənc əsgərlər yüksək dağlıq ərazilərdə reaktiv artilleriya və top və minaatanlarla təlim keçəcəklər. Təlimlər dəniz səviyyəsindən 2200 metr yüksəklikdə baş tutacaq. Hərbiçilər minaatan, tank əleyhinə raket kompleksi və "Qrad" yaylım atəşli reaktiv sistemləri kimi silhlarla atəş açmağı öyrənəcəklər.Təlimlər gündə 10 dərs saatı üzrə keçiriləcək. Temperaturun 50 dərəcə olduğu nəzərə alınaraq təlimlərin axşam saatlarında keçirilməsi planlaşdırılır. Təlimlərdə 15 xüsusi tapşırıq yerinə yetiriləcək. Bununla yanaşı təlimlərdə Rusiya hərbi bazasının artilleriya gücünün hazırlığı da yoxlanacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !