Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Ermənistanın məğlub olmasının başlıca səbəbi Azərbaycanın və Azərbaycan lideri İlham Əliyevin düşünülmüş uğurlu siyasətidir.
"Beynəlxalq qurumlar, dünya dövlətləri zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanın işğalçı siyasətini pisləyən bəyanatlar səsləndirir, bununla bağlı müxtəlif qərarlar qəbul olunur. Hərçənd, 90-cı illərdə biz daha çox bunun əksini müşahidə edirdik. Belə bir nəticə təsadüfən əldə olunmayıb. Bu, Azərbaycan lideri İlham Əliyev uzun illər ərzində gərgin əməyinin, uğurlu siyasətinin nəticəsidir”, - deyə o bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, hətta bu gün Azərbaycana qarşı çıxmaları ilə tanınan təşkilatlar, bizə dost olmayan ölkələr də ərazi bütövlüyümüzü dəstəkləyən fikirlər səsləndirirlər: "Azərbaycan öz iqtisadiyyatını güclənidirir, daxili sabitliyi möhkəmləndirir. Bu gün ölkəmiz dünya problemlərinin müzakirə edildiyi beynəlxalq platformaya çevrilib. Bütün bunlarla yanaşı, uğurlu xarici siyasət aparılır. Nəticədə işğalçı ölkənin məğlubiyyət seriyası hər keçən gün daha da artır. Bu siyasətin nəticəsidir ki, 1988-ci ildən işğalçı ölkəyə bu və ya digər formada dəstək verən, Ermənistana "qida borusu” kimi baxan İran da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edir. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət dilə gətirdikləri fikirləri əməli olaraq da həyata keçirsinlər. Lakin inanırıq ki, Azərbaycan liderinin siyasəti nəticəsində yaxın gələcəkdə ərazi bütövlüyümüz bərpa olunacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !