• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Ermənistanda azərbaycanlı əsgərə qarşı cinayət işi açılıb

Ermənistanda azərbaycanlı əsgərə qarşı cinayət işi açılıb
29.02.2024 10:53
Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində istiqaməti itirərək azan, hərbiçi barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
 
Azərbaycan ordusunun əsgəri  Pənahov Ruslan Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılaraq, ona qarşı cinayət işi açılıb.

News.am Ermənistan İstintaq Komitəsinə istinadla yazır ki, o, təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.
 
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 
 
Ruslan Pənahov 2005-ci il mayın 9-da anadan olub. Ötən il iyulun 8-də hərbi xidmətə çağırılıb
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol